Hakan Fidan Misirdə ikitərəfli görüşlər keçirəcək

img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə gedib. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hakan Fidan bu gün Qahirədə İsrail-Fələstin sülh prosesinin müzakirə olunacağı Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edir.

Türkiyə xarici işlər nazirinin iclas çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Xəbəri paylaş: