Milli Məclisin deputatları Serbiyaya səfər edəcəklər

img

Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, qrupun üzvləri Jalə Əhmədova, Asim Mollazadə və Mahir Abbaszadə oktyabrın 24-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcəklər.


Rezonans.az xəbər verir ki, səfər Serbiya Respublikası Milli Assambleyasının Azərbaycanla parlament dostluq qrupunun sədri Duşan Mariçin dəvəti ilə baş tutacaq.


Deputatlarımız Serbiya Milli Assambleyasında bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, parlament dostluq qruplarının əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinə dair müzakirələr aparacaqlar.


Səfər oktyabrın 26-da başa çatacaq. 

Xəbəri paylaş: