Nazir Vilayət Eyvazov Ağcabədidə vətəndaşları qəbul edəcək

img

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 1-də Ağcabədi, Zərdab, Bərdə, Laçın və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, qəbul Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək.

Qeyd edilib ki, sözügedən qəbulun keçirilməsi oktyabr ayının 25-də nəzərdə tutulsa da, tarix noyabr ayının 1-nə dəyişdirilib.

Xəbəri paylaş: