"Qəzzada 222 girov saxlanılır" - İsrail

img

"Qəzza zolağında saxlanılan girovların sayı azı 222 nəfərdir".

Rezonans.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari brifinqdə deyib.  

İsrail Silahlı Qüvvələri Qəzza zolağında saxlanılan 222 girovla bağlı məlumatlara malikdir və oğurlananların ailələri ilə əlaqə saxlayır.

Həcəri əlavə edib ki, 23 oktyabr tarixinə İDF-nin itkiləri ən azı 308 nəfər olub.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi iddia edir ki, hazırda Fələstinin radikal HƏMAS hərəkatının 1 mindən çox tərəfdarı İsrail hərbçilərinin əlindədir və əsirlər arasında həlak olanlar da var. Öldürülən yaraqlıların dəqiq sayı barədə məlumat verilmir. 

Xəbəri paylaş: