
Gəncədə avtobusun aşması ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.
Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək