Türkiyədə avtobus aşdı - 38 nəfər yaralandı

img

Türkiyədə yol-nəqliyyat hadisəsi zamanı avtobus aşıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muş-Bursa marşurutu ilə hərəkət edən avtobus Gürün-Pınarbaşı yolunun 70-ci kilometrliyində aşıb.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib.

Qəza zamanı xəsarət alan  38 nəfər Kayseridəki xəstəxanalara aparılıb.

Xəbəri paylaş: