Azərbaycan xalqı şərəfli və əlamətdar tarixini yaşayır

img

   Bir neçə göncə ənənə halını almış və yenidən ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev giriş nitqi ilə çıxış edərək,  23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə cavablandırdı.

 Ölkə başçısı Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya reallıqları qəbul edərək ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına buraxmır. Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün təklif etiyi 5 prinsipə Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycan tərəfinin təkil etdiyi sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməklə bərabər, regionun inkişafı üçün də töhfə olacaqdır. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. 

             Azərbaycanın hazırda Qarabağda və Şərqi Zəngəzurda hıəyata keçirdiyi enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu ərazidə istifadəyə verilmiş elektrik stansiyaları regionun elektrik təminatını qarşılayacaqdır. Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Bu gün biz bütün qonşu dövlətlərlə mehriban sülh şəraitində yaşamaq, iqtisadi potensialımızı gücləndirmək, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq. Bu gün  Azərbaycan öz strateji hədəflərinə doğru inamla addımlayır, Zəngəzur dəhlisi də açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər formada faydalanacaqlar. Sərhədlər də yaxın vaxtlarda müəyyən ediləcək”. 

            Bu mənada cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti bu müddəanı bir az da gücləndirmiş, nəinki erməniləri, hətta dünya güclərini belə reallıqla barışmağa məcbur etmişdir. Artıq Azərbaycan müzəffər bir xalq kimi öz yeni tarixini- inkişaf və tərəqqi tarixini yaradır. XXI əsrin birinci rübü bu böyük hadisə ilə tarixə qovuşacaqdır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə şərəfli tarixini yaşayan Azərbaycan islahatlar və stabil inkişaf modeli ilə öz dövlətçiliyini daha da möhkəmləndirəcək və yaxın zamanlarda Cənubi Qafqazda sülhün təminatçısı olacaqdır.       

                               

Cəsarət Zülüyev

YAP Yevlax "Aran 3" ərazi partiya təşkilatının sədr müavini,Yevlax

Melioservis İdarəsinin baş mühəndisi

Xəbəri paylaş: