İnternet bankçılıqla aparılan əməliyyatların sayı açıqlandı

img

Məsafədən maliyyə xidmətlərinin genişlənməsi kibertəhlükəsizlik məsələsini artırıb. Günlər ərzində həyata keçirilən hesablşmalar real rejimdə həyata keçirilir.

Rezonans.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayda internet bankçılıqla həyata keçirilən əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyarda çatıb. Mobil bankçılıq ilə əməliyyatlar isə bu dövrdə 2.4 dəfə artıb. Qapalı bankçılıq açıq bankçılığı açıq maliyyələşməyə keçidin formalaşması Mərkəzi Bankın əsas hədəfidir. Bu da kibertəhlükəsizlik sahəsində görüləcək işlərin gücləndiməsini vacib edir".

T.Kazımov qeyd edib ki, bu gün Mərkəzi Bankla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq.

Xəbəri paylaş: