Metronun “20 Yanvar” stansiyasında təlim keçiriləcək

img

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 oktyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Bu barədə Rezonans.az-a FHN-dən bildirilib. 

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Xəbəri paylaş: