ABŞ Suriyadakı İran hədəflərinə zərbələr ENDİRDİ

ABŞ Suriyadakı İran hədəflərinə zərbələr ENDİRDİ

ABŞ Suriyada İranın istifadə etdiyi iki obyektə zərbələr endirib. Bu qərar Amerikanın hərbi mövqelərinə silsilə hücumlara cavab olaraq qəbul edilib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

Ostin vurğulayıb ki, iranpərəst qruplar ABŞ hərbçilərinə hücum etməyə davam edərsə, ABŞ “lazımi tədbirləri” görəcək.

Onun sözlərinə görə, ABŞ-nin Suriyadakı İran hədəflərinə endirdiyi hərbi zərbələr özünümüdafiə xarakteri daşıyır və  İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişə ilə bağlı deyil.

Xəbəri paylaş: