Milli Məclisin deputatları QDİƏT PM-in tədbirlərində iştirak edəcəklər

img

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əhmədova və Ramin Məmmədov bu qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.


Rezonans.az xəbər verir ki, səfər çərçivəsində QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.


Səfər noyabrın 1-də başa çatacaq.

Xəbəri paylaş: