Gömrükdə külli miqdarda gümüş aşkarlandı

img

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Dövlət Gömrük Komitəsindən Rezonans.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: