Restorandan pul oğurlayan şəxs saxlanılıb

img

Abşeronda restorandan pul oğurlayan şəxs tutulub.

Rezonans.az DİN-in saytına istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 17-də Xırdalan şəhəri ərazisində yerləşən restoranların birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini A.Qayıbov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: