Ağ Evin mətbuat katibi vəzifəsini icra edən Cen Psaki mayın 13-də vəzifəsini tərk edəcək.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Ağ Evin yeni mətbuat katibi Psakinin hazırkı müavini Karin Jan-Pyer olacaq. ABŞ Prezidenti Co Bayden “Mən qürur duyuram ki, Karin Jan-Pyer Ağ Evin növbəti mətbuat katibi olacaq” deyib.
Jan-Pyer bu vəzifəni tutan ilk qaradərili amerikalı qadın və LGBT icmasının ilk nümayəndəsi olacaq.










