Çində binanın çökməsi nəticəsində 53 nəfər ölüb

img

Çinin Çanşa şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Rezonans.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumata yayıb.

Bildirilir ki, axtarış-xilasetmə işləri tam yekunlaşıb.

Qeyd edək ki, bundan öncə 26 nəfərin öldüyü məlum idi.

Xatırladaq ki, hadisə aprelin 29-da səhər saatlarında baş verib.

Binada mağazalar, iaşə obyektləri, həmçinin kiçik mehmanxana yerləşirdi. 

Aprelin 30-da səlahiyyətlilər hadisədən sonra 23 nəfərin dağıntılar altında qaldığını, 40-a yaxın insanın itkin düşdüyünü bildirmişdir.

Xəbəri paylaş: