Bakının bu küçəsində ikitərəfli hərəkət qadağan edildi

img

Nərimanov rayonu Sabit Rəhman küçəsi - Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə Rezonans.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski - Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti - Sabit Rəhman küçəsinin kəsişməsinə qədər ikitərəfli yol birtərəfli təşkil edilib.

Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.

Xəbəri paylaş: