
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Nizami Hüseynov, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov saxlanılıb.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.