
Orduda hərbi vəzifələri müxtəlif hərbi rütbəli hərbi qulluqçular yerinə yetirirlər - zabitlərdən əlavə gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular. Hər iki kateqoriyadan olan hərbi qulluqçular da hərbi xidmətə müəyyənləşdirilmiş hazırlıqdan sonra başlayırlar".
Rezonans.az xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.
General qeyd edib ki, yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Onun sözlərinə görə, bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq.
"Təhlillər təsdiqləyir ki, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir. Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb. İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir".