
Bir neçə Rusiya vətəndaşı Amerikada həbs edilib.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.
"Dörd nəfər həbs edilib, ittiham aktı və cinayət işi Nyu-Yorkun Şərq dairəsində qaldırılıb", - deyə qeyd olunub.
Məlumata görə, ruslar ikili təyinatlı texnologiyaların Rusiyaya qanunsuz ixracı şübhəsi ilə tutulublar. Sözügedən avadanlıq ümumi dəyəri yeddi milyon dollar olan yarımkeçiricilərin, inteqral sxemlərin və digər mikroelektronikanın qeyri-qanuni tədarüküdür.