
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.
Rezonans.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə lideri Astanaya "TC-TUR" adlı şəxsi təyyarə ilə uçub.
Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz yola salıb. Onu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun müşayiət edir.