Ötən ay zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

Ötən ay zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub. Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.

Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

Xəbəri paylaş: