BMT missiyası minaya düşüb, yaralılar var

img

BMT missiyasının zirehli maşını minaya düşüb, səkkiz sülhməramlı yaralanıb.

Rezonans.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası məlumat yayıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma partlayıcı vasitə ilə üçüncü hücumdur.

Xəbəri paylaş: