Tərtərdə minaya düşən var - Vəziyyəti orta ağırdır

img

Bu gün saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb.

Bu barədə Rezonans.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: