Daha 12 nəfərdən qanunsuz silahlar götürüldü

img

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 12 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: