Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ukraynaya işgüzar səfər edib.
Rezonans.az xəbər verir ki, bu haqda tviter səhifəsində paylaşım edib.
"Ukraynaya gəldim. Mən müharibə uşağı kimi uşaqların və böyüklərin nə hiss etdiyini yaxşı anlayıram. Onlara dəstəyimizi artıra bilərik. Mən burada işçi heyətimizlə də görüşəcəyəm. Onlar son dərəcə çətin şəraitdə böyük işlər görürlər”, - paylaşımda deyilir.










