465 min yeni əmək müqaviləsinin cəmi 100 mini dövlətdir, qalanı isə özəldir. Yeni açılan iş yerlərinin 75 faizi özəldir və leqallaşan iş yerləridir".
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu tendensiya davam etməlidir və özəl sektor keçməlidir: "Məşğul şəxslərin cəmi 35-36 faizi muzdla işləyənlərdir. Bunu da gələcəkdə artırmalıyıq. Çox nadir ölkələrdə muzdlu şəxslər məşğul şəxslərin 100 faizi olur. Heç 100 faizlə rastlaşdığımız ölkə yoxdur. Bir sıra ölkələrin iqtisadi strukturundan irəli gələrək 60-80 faiz arasında dəyişir".
"İnanıram ki, Azərbaycanda növbəti 5 illiyin sonunda muzdlu şəxslərin payı məşğul şəxslərin içərisində ən azı 42-45 faizə çata bilər. Bununh üzərində iş aparılmalıdır. Leqallaşmamız genişləndikcə də bu say artacaq".