Zəngilanda şirkət işçiləri qəzaya düşdü - Ölən və yaralananlar var

img

Zəngilanda bir nəfərin ölümü 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Rezonans.az xəbər verir ki, hadisə Füzuli-Zəngilan avtomobil yolunun rayonun Ağalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını ilə "Kamaz" toqquşub.Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, minik maşını Zəngilanda yerləşən şirkətlərdən birinə məxsusdur.

Xəbəri paylaş: