MAXE-lərin maaşlarının bir neçə dəfə artırılması təklif olunur

img

Gələn ildən hərbçilərin maaşı artırılacaq. Müddətdən artıq xidmət keçən (MAXE) hərbçilərin maaşlarının bir neçə dəfə artırıması vacibdir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib. 

"Bu insanlar sırf döyüşçü və peşəkar hərbçilərdir. Onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır", - deyə deputat bildirib.

Xəbəri paylaş: