Bakıda liftdə qalan 3 nəfər xilas edildi

img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri və Abşeron rayonunda iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Rezonans.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

Xəbəri paylaş: