Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombaladı

Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombaladı

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

Rezonans.az-ın verdiyi məlumata görə, bildiriir ki, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb.

Axtarış-xilasetmə işləri davam edir.

Xəbəri paylaş: