DİN Samuxdakı bıçaqlanma ilə bağlı MƏLUMAT YAYDI

img

Daxili İşlər Nazirliyi Samuxdakı bıçaqlanma ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Rezonans.az-a açıqlamasında bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası  A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən  kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Xəbəri paylaş: