Ankarada "Qarabağ Şəhidləri" küçəsi

img

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri Bulvarı" adı verilib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası açıqlayıb. 

Ankara Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən "1419-cu küçə"nin adı dəyişdirilərək, "Qarabağ Şəhidləri Bulvarı" adlandırılıb.

Xəbəri paylaş: