ABŞ-da bir qadının 35 dollara aldığı heykəl 2000 illik əvəzsiz antik Roma büstü çıxıb.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatında Laura Lanq adlı bir qadın 4 il əvvəl sadəcə qədim görünüşünə görə bəyəndiyi bir heykəli alıb.
O, 2018-ci ildə 35 dollara aldığı bu heykəli araşdırmağa aparanda isə təəccüblənib. Belə ki, heykəlin 2000 illik Roma büstü olduğu ortaya çıxıb.
Məlumata görə, Young adlı qadın əsəri açıqlanmayan bir məbləğə Texasdakı San Antonio İncəsənət Muzeyinə satıb.










