
G7 ölkələri, o cümlədən regional tərəfdaşları HƏMAS-a qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə edib.
Rezonans.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
“G7-nin üzvləri regional tərəfdaşlarla birlikdə Yaxın Şərqdə münaqişənin genişlənməməsi üçün müzakirələr aparırlar. HƏMAS-ın imkanlarının genişlənməməsi üçün mümkün yolları araşdırırıq”, - G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin yekun bəyanatında deyilir.