Vətəndaşı videosu ilə şantaj edən şəxs saxlanıldı

img

Paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: