Bakıda mənzildən oğurluq edən şəxs saxlanıldı

img

Bakıda evdən oğurluq edən şəxs tutulub.

Rezonans.az xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Böyükağa Abdullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: