Yük avtomobilindən qopan təkər Bərdə sakininin həyatına son qoydu

img

Ağdaşda yük avtomobilindən qopan təkər Bərdə sakininə dəyərək onu öldürüb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsinin girişində qeydə alınıb.

Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: