Ukraynalı mer intihar etdi

img

Zaporojye vilayətinin Tokmak şəhərinin meri İqor Kotelevski 57 yaşında vəfat edib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun “intihar” versiyasını nəzərdən keçirirlər.

 

Qeyd edək ki, aprelin ortalarında şəhər işğal olunduqdan sonra Kotelevski vəzifəsindən istefa verib.

 

O, yeni “avtoritet”lə əməkdaşlıqdan imtina etsə də, şəhərdə qalmışdı.

Xəbəri paylaş: