İsrail ordusu HƏMAS-ın 150-dən çox tunelini partlatdı

img

İsrail Silahlı Qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü podpolkovnik Conatan Konrikus bildirib.

Onun sözlərinə görə, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün həmin tunellərdən istifadə edirlər. Konrikus qeyd edib ki, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun müəyyənləşdirilməsi üçün işləri davam etdirir.

Xəbəri paylaş: