
Gəncədə yerləşən hərbi hissələrin birində yeni çağırış müddətli hərbiçilərin and içmə mərasimi keçirilib. Ölkənin müxtəlif şəhər və rayonlarından Gəncə şəhərinə gələn valideynlər ilə yanaşı avara və dilənçilərin də çoxluq olması diqqəti cəlb edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai asayişin təmini ilə bağlı şəhər ərazisində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ümumilikdə 75 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.