
Azərbaycan 1,2 milyard ABŞ dolları dəyərində müqavilə ilə İsraildən Barak MX hava hücumundan müdafiə sistemləri alır.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa Müdafiə Sənayesi məlumat yayıb.
Qeyd olunub ki, Israel Aerospace Industries (IAI) Azərbaycanda Barak MX sistemlərinin uğurlu nümayişini həyata keçirib. IAI hava hücumundan müdafiə sisteminin bəzi versiyaları Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərir.
Barak MX modul tipli hava hücumundan müdafiə sistemidir. O, raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Sistem həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir.