Bakıda vətəndaşın pulu talayan şəxs saxlanıldı

img

Noyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nail Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: