Sahibkarlarla növbəti görüş Qəbələdə keçiriləcək

Sahibkarlarla növbəti görüş Qəbələdə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Rezonans.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Qəbələ rayonunda görüşü təşkil olunacaq. Aksiya Zərifə Əliyeva Parkında baş tutacaq. “Səyyar qəbul otağı” noyabrın 15-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: