Nazirlik əməkdaşları bir qutu qızıl tapdı - sahibinə qaytardı

img

Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.

FHN-dən Rezonans.az-a verilən məlumat görə, qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbəri paylaş: