Ötən gün “Taliban” hərəkatının döyüşçüləri Tacikistan ərazisinə 7 raket atıb.
Rezonans.az “RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə Tacikistan güc strukturları bildirib.
Məlumata görə, Əfqanıstanın Tahor əyalətindən Tacikistanın Farhor rayonuna atəş açılıb. Atılan 7 raketdən 4-ü Pənc çayına, 3-ü meşə zolağı yaxınlığına düşüb.
Hücum zamanı xəsarət alan olmayıb.










