Ermənistanın müxtəlif bölgələrində yenidən hakimiyyət əleyhinə mitinqlər keçirilir.
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu dəfə müxalifətin iştirak etdiyi aksiyaya məhbusların valideynləri də qoşulub.
Etirazçılar Gümrü-İrəvan avtomobil yolunu bağlayıblar. Yerli sakinlər müxalifətə qoşularaq hakimiyyətin istefasını tələb edirlər.










