Avropa Komissiyasının rəhbəri bu tarixdə Misir və İordaniyaya səfər edəcək

img

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen noyabrın 18-də Misir və İordaniyaya səfər edəcək.

Rezonans.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer məlumat verib.

“O, əvvəlcə Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək, sonra Aİ-nin humanitar yardımının gəlişini qarşılamaq üçün Sinay bölgəsinə gedəcək”, – Mamerin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yerləşdirilən mesajda deyilir.

AK rəhbərinin Əmmanda İordaniya Kralı II Abdullanı da qəbul etməsi planlaşdırılır.

Noyabrın 15-də Bloomberg mənbələrə istinadən Aİ-nin icra orqanı sədrinin Misirə səfər etmək niyyətini bildirib. Onun sözlərinə görə, səfər zamanı fon der Leyen Qahirəyə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin ölkə iqtisadiyyatı üçün nəticələrini yumşaltmaq üçün 9 milyard avro məbləğində investisiyalar daxil olmaqla, yardım planı təklif etməyi planlaşdırır. 

Xəbəri paylaş: