Sərhədi pozmağa cəhd edən şəxs saxlanıldı

img

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Rezonans.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat verib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş: