Türkiyə Misirə başsağlığı verdi

img

Türkiyə Misirdə Süveyş kanalının şərqində su nasos stansiyasına edilən hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

 

Rezonans.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda 11 əsgərin şəhid olması, 5-nin yaralanması ilə nəticələnən hücum qınanılıb.

 

Məlumatda bildirilir: “Hücumda həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə, qardaş Misir xalqına və dövlətinə başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”.

 

Qeyd edək ki, Misirin Sinay yarımadasında Süveyş kanalının şərqində bir qrup terrorçu ilə qarşıdurma zamanı 11 əsgər şəhid olub, 5-i yaralanıb.

 

Misir Ordusunun rəsmi “Facebook” səhifəsində verilən açıqlamaya görə, Süveyş kanalının şərqində su təmizləyici qurğuya hücum etməyə cəhd edən bir qrup terrorçu ilə gərgin qarşıdurma yaşanıb. Bu zaman biri zabit olmaqla 11 əsgər həyatını itirib, 5-i yaralanıb. Münaqişədən sonra terrorçular Sinayda boşaldılan ərazidə mühasirəyə alınıb.

Xəbəri paylaş: