Ağstafada məişət tullantılarının qalaqlanması aşkar edilib

img

Ağstafa rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Rezonans.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri monitorinq zamanı rayonun Aşağı Kəsəmən kəndi  ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində məişət tullantılarının qalaqlanması aşkar edilib.



Həmin faktlar üzrə ETSN-in 2 saylı regional idarəsinin əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.

Xəbəri paylaş: